“Lazım gələrsə, İrana yeni zərbələr endirilə bilər”.
News365.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, İslam Respublikasının rəhbərliyi Vaşinqtonla razılığa gəlməzsə və raket proqramını davam etdirərsə, növbəti zərbələr endiriləcək:
“Əgər Amerika qoşunları İranın İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə nizamlanmaya nail olmaq mümkün olmazdı. İran öz nüvə proqramını həyata keçirməyə davam edə bilər. Onlara bunu etmək üçün çox vaxt lazım olacaq, lakin onlar bizimlə razılaşmadan bərpa etmək istəsələr, biz onu məhv edəcəyik. Biz onların raketlərini tez bir zamanda məhv edə bilərik”.