İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edir

İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edir
24 İyn 2024 20:45

Azərbaycan İtaliyanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

News365.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, iki ölkə arasında tarixi dostluq və strateji tərəfdaşlıq bütün sahələrdə ən yüksək səviyyəyə çatıb.

“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15,6 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında İtaliya şirkətlərinin fəal iştirakını da xüsusi qeyd etmək lazımdır. Həmçinin ölkələrimizin G7 və COP29-da sədrliyi əməkdaşlıq üçün yeni imkanlar açır”, - nazir vurğulayıb.


Youtube kanalımız

Oxşar xəbərlər