"Paşinyan şərtini bizə qarşı deyil, öz vətəndaşları ilə danışmalıdır"- Politoloqdan şərh

"Paşinyan şərtini bizə qarşı deyil, öz vətəndaşları ilə danışmalıdır"- Politoloqdan şərh
28 Sen 2024 10:50

"Şərtlərini bizə qarşı deyil, öz vətəndaşları ilə danışmalıdır. Belə çıxır ki, Paşinyan razıdır, erməni xalqı razı deyil. Ona görə də Paşinyan qorxur."


Politoloq Əli Mustafa bunu News365.az-a deyir. 


"Ermənistan Konstitusiya məhkəməsinin nə qərar verəcəyi bizim üçün çox da önəmli olmalı deyil. Ona görə ki, o ayrı bir dövlətin qurumudur. Azərbaycan tərəfi deyir ki, mən istəyirəm ki, Ermənistanın Azərbaycana ərazi iddialarının hüquqi əsasları olmasın. Bu Ermənistanın problemidir. Onlar bunu referenduma, müzakirəyə çıxartmağa qorxurlar və yalnız bizə deyirlər ki, konstitusiya məhkəməsinə çıxardaq. Əgər orda təsdiq ediləcəksə, onda müqavilə rəsmiləşəcək, təsdiq edilməyəcəksə, məcbur konstitusiyanı dəyişəcəyik. Hesab edirəm ki, konstitusiyanın dəyişdirilməsi məsələsində erməni xalqı başdan qərar verməlidir. Paşinyan öz xalqı ilə açıq söhbət etməlidir, öz vətəndaşlarına bildirməlidir ki, bizim Güney Qafqazda sülh içində yaşamağımız üçün, həm Azərbaycanla, həm Türkiyə ilə mehriban qonşuluğumuzun qorunması üçün, o ölkələrə olan haqsız iddialarımızı aradan qaldırmalıyıq. Şərtlərini bizə qarşı deyil, öz vətəndaşları ilə danışmalıdır. Belə çıxır ki, Paşinyan razıdır, erməni xalqı razı deyil. Ona görə də Paşinyan qorxur və düşünür ki, referendumu 2027-ci ilə və yaxud seçkidən sonraya saxlasın. Sanki siyasi manevrlər edir."- deyə fikirlərini bizimlə bölüşüb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər