Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini
ləğv edir.
News365.az xəbər verir ki, bununla bağlı
sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş
Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı
Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşündə
razılıq əldə olunub.
Belə ki, nazirlər "Azərbaycan Respublikası hökuməti və
Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən
diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı
giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalayıblar.