Bakıda, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində
avtobus zolağı ləğv olunub.
News365.az xəbər verir ki, bu barədə yoldan istifadə
edən sürücülərdən biri Baku.ws-in "qaynar xətti"nə müraciət edib.
Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz
olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər.
Bu, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edir və müəyyən yerlərdə
sıxlığa səbəb olur.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azadlıq
prospektində Məmməd Araz küçəsi ilə kəsişməyədək avtobus zolaqlarının 200
metrlik hissəsi ləğv edilib. Həmin ərazidə iki zolaq sola və iki zolaq düzünə hərəkət
təşkil olunub.