Tərtərdə avtoxuliqanlıq edən şəxs tutuldu

Tərtərdə avtoxuliqanlıq edən şəxs tutuldu
28 Sen 2024 17:16

Tərtərdə avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 1998-ci il təvəllüdlü Kənan Tağızadə müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

 


Youtube kanalımız

Oxşar xəbərlər