"Azərbaycanın sülhlə bağlı mövqeyi kifayət qədər aydındır" - Bəhruz Məhərrəmov

"Azərbaycanın sülhlə bağlı mövqeyi kifayət qədər aydındır" - Bəhruz Məhərrəmov
28 Sen 2024 09:42

“Sürətlə silahlanma revanşa meyil edənlərin baş qaldırması İrəvanın niyyətini ortaya qoyur”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu News365.az-a deyib.

"Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Amerika Birləşmiş Ştatlarında görüşü əslində pozitiv məqamdır. Azərbaycanın sülhlə bağlı mövqeyi kifayət qədər aydındır. Sülh təşəbbüsləri məhz Azərbaycan prezidentinin səyləri və qətiyyəti ilə davam edir. Ermənistanın mövqeyi də bizim üçün aydındır. Sürətlə silahlanma, həmçinin revanşist kəsimi yenidən baş qaldırması Ermənistanın mahiyyətini ortaya qoyur. Biz bir daha deyirik, səylər davam etdirilməlidir, amma bu səylər vahid istiqamətə yönəlməlidir. Ortada şərtlər var, bu şərtlər Ermənistanın da Azərbaycanın da mənafelərinə xidmət edir."- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva,News365.az


Youtube kanalımız

Oxşar xəbərlər