Prezident İlham Əliyev “Xüsusi, hərbi, diplomatik rütbələrin
və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi
haqqında Fərman imzalayıb.
News365.az xəbər verir ki, Fərmanla “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli
1022-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:
- “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin
qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
- “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri
ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 586 (Cild I)
ləğv edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.
Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin
qarşılıqlı uyğunlaşdırılması QAYDASI ilə BURADAN tanış
ola bilərsiniz.