"Ermənistanla aramızda hərtərəfli sülh olmayacaq” - Orxan Amaşov

"Ermənistanla aramızda hərtərəfli sülh olmayacaq” - Orxan Amaşov
28 Sen 2024 10:07

“Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyulmasa, sülh sazişi imzalanmayacaq”.

Siyasi şərhçi Orxan Amaşov bunu News365.az-a açıqlamasında deyib. 

“Razılaşdırılmış olan 13 maddəni əsas götürərək bir müqavilə imzalamaq mümkün deyil. Azərbaycan hesab edir ki, müddəalar əsasında razılıq əldə etmişik, amma digər müddəalar da var. Bunlarda Ermənistanın bizə qarşı olan ərazi iddiası ilə bağlıdır. Mən də elə anlayıram ki, Azərbaycan istəyir ki, müqavilənin mətnində Ermənistan bu problemi etiraf etsin, və onu müəyyən zaman çərçivəsində həll etmək istiqamətində üzərinə öhtəlik götürsün. Eləcədə MİNSK qrupunun birgə müraciəti əsasında de-yure ləğvini şərtləndirmə müddəasının orda olması vacibdir. Düşünürəm ki, Ermənistanın Konstitusiyası ilə bağlı məsələ həll olunmayacaq, aramızda hərtərəfli sülh müqaviləsi imzalanmayacaq”-deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər