İsrail Müdafiə Qüvvələrinin rəhbərliyi regionda hərbi qarşıdurmaların yaxın illərdə də davam etməsi ehtimalını istisna etmir.
News365.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir açıqlama verib.
Onun sözlərinə görə, mövcud təhlükəsizlik vəziyyəti və müxtəlif cəbhələrdə aparılan əməliyyatlar fonunda 2026-cı ilin də İsrail üçün hərbi baxımdan gərgin keçməsi mümkündür.
Zamir bildirib ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən etibarən bir neçə istiqamətdə eyni vaxtda əməliyyatlar aparır və bu proses hələ də tam başa çatmayıb.
“Ordu bütün mümkün ssenarilərə hazır olmalıdır. Müxtəlif cəbhələrdə gərginliyin yenidən artması ehtimalı realdır. Biz istənilən vəziyyətə hazırıq və yüksək döyüş hazırlığı səviyyəsini qoruyuruq. 2026-cı il də bu cəbhələrin hər birində döyüşlərin davam etdiyi il ola bilər”, – deyə o qeyd edib.
News365.az