İsfəndiyar Axubdov : Müqavilə qüvvədə olduğu müddətcə səsləndirilən ittihamlar nəticəsiz olacaq

İsfəndiyar Axubdov : Müqavilə qüvvədə olduğu müddətcə səsləndirilən ittihamlar nəticəsiz olacaq
09:15

Xəbər verdiyimiz kimi bir müddət əvvəl “Şərur MTK” ödənişi iki gün gecikdirən qazini 20 min manat cərimələdəyi barədə məlumat yayılmışdı.

Məlumatda deyilirdi ki,  keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında qeyd edib ki, “Şərur MTK”-dan ilkin ödənişi 9500 manata olan ev aldığını bildirib. Lakin 2 gün gecikməyə görə “Şərur MTK” həmin şəxsi 20000 manat cərimə edir. Bununla bağlı qazi MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb məsələni həll etməyə çalışırlar. İsfəndiyar bəy məsələnin həll ediləcəyinə söz verir.

İddialara görə məsələ açıq qalır.

Ödənişi iki gün gecikdirən şəxsin 20 min manat cərimələnməsi” iddiasına şirkət rəhbəri kimi tanınan Şərurlu İsfəndiyar münasibət bildirib.

News365.az-a danışan İsfəndiyar Axundov bildirib ki, özünü hərbçi kimi təqdim edən şəxsin kimliyi barədə şübhələri var:

“Özünü hərbçi kimi təqdim edən şəxsin həqiqətən hərbçi olmasına şübhə ilə yanaşıram. Hərbçinin adı, soyadı, hərbi bileti olmalıdır. Mən ondan hərbi biletini göstərməsini istədim”.

Onun sözlərinə görə, həmin şəxs mənzilin başqa bir vətəndaşın adına rəsmiləşdirildiyini etiraf edib:

“Dedi ki, həmin ev əslində onundur və bunu dövlət bilməsin deyə başqa şəxsin adına rəsmiləşdirib. Belə yanaşma düzgün deyil”.

Şərurlu İsfəndiyar ödəniş məsələsinə də aydınlıq gətirib. O bildirib ki, cərimə iki günlük deyil, müqavilədə nəzərdə tutulan iki aylıq gecikmə halında tətbiq olunur:

“Müqaviləyə əsasən, alıcı iki ay ərzində ödənişi etmədikdə cərimə tətbiq olunur. Əgər ödəniş iki aydan artıq gecikərsə, müqavilədə göstərildiyi kimi, mənzil yeni qiymətlə hesablanır və ya alıcı ödəniş qrafikinə əməl etməlidir”.

İsfəndiyar Axubdov əlavə edib ki, müqavilə qüvvədə olduğu halda şirkətə qarşı səsləndirilən ittihamlar nəticəsiz olacaq.

Qeyd edək ki, məsələ ilə bağlı məlumatı ilk olaraq keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında paylaşmışdı.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada