Danimarkanın Orhus şəhərində naməlum şəxslər Rusiya Prezidenti Vladimir Putinin büstünün başını kəsərək oğurlayıblar.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli Radio4 radiostansiyasının reklam kampaniyası çərçivəsində şəhər parkında quraşdırılan büstlə bağlı baş verib.
Danimarkanın TV2 telekanalının məlumatına görə, hündürlüyü təxminən 2 metr olan büst həftənin əvvəlində şəhər parkında quraşdırılıb.
Büstün qoyulmasından təxminən 6 saat sonra onun başsız vəziyyətdə olduğu aşkarlanıb. Naməlum şəxslər heykəlin başını kəsərək özləri ilə aparıblar.
Qeyd edək ki, Putinin büstü Radio4-ün reklam kampaniyası çərçivəsində hazırlanmışdı.