Bu gün
İranda legitim şəxs olan, xalq tərəfindən seçilən Pezeşkian, bu yaxınlarda
verdiyi müsahibədə demişdi ki, İranın əsas problemi ABŞ-ın yenidən hücum etməsindən
çox, iqtisadi-sosial məsələlərdir.
Bununla
bağlı danışan REAL Partiyasının sədri Natiq
Cəfərli deyib ki, adam çox haqlıdır, doğru düşünür:
“Gəlin İran
iqtisadiyyatının son illərdəki vəziyyətinə baxaq: 2018-ci ildən üzü bəri İran
milli valyutası 50 dəfə dəyərdən düşüb, ərzaq qiymətləri 34 dəfə bahalaşıb.
Adambaşına düşən ÜDM 12% azalıb, 16 mln. insan yoxsulluq səviyyəsində yaşayır,
son 1 ildə tək zavod və fabriklərdə 630 min iş yeri bağlanıb, son illərdə isə
işsizlik səviyyəsi 15%-i keçib.
İran dünyada
ən böyük inkişaf potensialı olan ölkələrdən biridir, resursları boldur, ən
böyük üstünlüyü isə gənc, savadlı, işgüzar, bacarıqlı, İQ səviyyəsi yüksək olan
toplumdur. Normal idarəetmə sistemi qurulsa, İran dünyaya açılıb investisiyalar
cəlb edə, texnoloji transformasiyaya gedə bilsə, yaxın 10-15 ildə dünyanən ən zəngin
ölkələrindən birinə çevrilə bilər.
Bizim də
arzumuz budur – cənub qonşumuz varlı, açıq, inkişaf edən ölkə olsun, bu Azərbaycan,
elə bütün regoinumuz üçün iqtisadi üstünlüklər gətirəcək... “
News365.az