Pakistanın xarici işlər naziri İshaq Dar Qırmızı dənizdə ticarət gəmisinə edilən hücum nəticəsində 3 Pakistan vətəndaşının həlak olduğunu, daha 1 nəfərin isə yaralandığını bildirib.
O, "X" sosial şəbəkəsində etdiyi paylaşımda hücuma görə husiləri ittiham edib və hadisəni kəskin şəkildə pisləyib:
“Pakistan mülki ticarət gəmisinə qarşı həyata keçirilən husi hücumunu şiddətlə qınayır. Bu cür hücumlar təqsirsiz insanların həyatını təhlükəyə atır, beynəlxalq hüququn pozulması deməkdir, eləcə də Qırmızı dənizdə naviqasiya azadlığına, dəniz təhlükəsizliyinə və kommersiya gəmiçiliyinə ciddi təhdid yaradır”.
Nazir əlavə edib ki, İslamabad baş vermiş hadisə ilə bağlı aidiyyəti Səudiyyə Ərəbistanı səlahiyyətliləri və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ilə sıx təmasdadır.
News365.az