21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - VİDEO

21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - VİDEO
16:30

Müğənni Leyla Camal qısa müddətdə 21 kiloqram çəki itirməsi ilə diqqət çəkib.

News365.az xəbər verir ki, şairə Cığatel İsaqızının övladı olan ifaçı "Günə uğurla" verilişində qonaq olarkən arıqlama prosesindən danışıb və artıq çəkidən təbii yollarla xilas olduğunu bildirib.

Sənətçi çəki itirməsinə necə nail olduğunu və bu prosesdə hansı dəyişiklikləri etdiyini açıqlayıb. Onun etirafları veriliş izləyicilərinin marağına səbəb olub.

Müğənninin 21 kiloqram çəki atması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. İzləyicilər sənətçinin görünüşündəki dəyişikliklə bağlı çoxsaylı rəylər yazıblar.

Qeyd edək ki, Leyla Camal arıqlamasının süni müdaxilə deyil, təbii yollarla həyata keçirildiyini vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)


Sizin reklam burada
Sizin reklam burada