Bəziləri çimərlikdə istirahət edir, danışmağa vaxt tapmır

Bəziləri çimərlikdə istirahət edir, danışmağa vaxt tapmır
10:20

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkədə müxalifətin passivliyini tənqid edib.

Modern.az xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.

Onun sözlərinə görə, müxalifətin bir hissəsi həbsə düşməkdən qorxur, digər hissəsi isə öz ideallarına xəyanət edib.

“Bəziləri həbsdən qorxur, bəziləri ideallarına xəyanət edib, bəziləri isə Gürcüstanı müdafiə etməyin vəziyyəti daha da gərginləşdirəcəyini düşünür. Bəziləri isə sadəcə çimərlikdə istirahət edir və ya xaricdədir”, – Saakaşvili bildirib.

Keçmiş prezidentin fikrincə, cəmiyyətdə də apatiya yaranıb və insanların əksəriyyəti Ukraynadakı müharibənin nəticəsini gözləyir.

Saakaşvili iddia edib ki, Ukraynanın qələbəsindən sonra Gürcüstanda da vəziyyətin dəyişəcəyinə ümid edilir.

O, həmçinin Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin Gürcüstan hökuməti tərəfindən tanınması təhlükəsinin artdığını iddia edib.

“Gürcüstanın mövcudluğunun olub-olmadığını müəyyən edən saat işə salınıb və sürətlə son həddə doğru gedir”, – Saakaşvili qeyd edib.

Qeyd edək ki, Saakaşvilinin bu açıqlamaları onun şəxsi siyasi mövqeyini əks etdirir. Gürcüstanın Abxaziya və Tsxinvali regionları beynəlxalq səviyyədə Gürcüstanın ərazisi kimi tanınır və hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilər hesab edilir.


Sizin reklam burada
Sizin reklam burada