İranın gələcək addımları Rusiya ilə danışıqların nəticəsindən asılıdır

İranın gələcək addımları Rusiya ilə danışıqların nəticəsindən asılıdır
09:25

Rusiya ilə İran arasında aparılan danışıqların nəticələri yaxın saatlarda daha aydın olacaq.

Bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev News365.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Moskva təkcə diplomatik deyil, həm də praktik müstəvidə İrana hərbi-siyasi dəstək göstərmək niyyətindədir. Bu isə İranın regionda tək qalmaması baxımından əhəmiyyətli hesab olunur.

Tural Gəncəliyev qeyd edib ki, hazırda aparılan danışıqların nəticələri xüsusilə vacibdir və İran tərəfindən veriləcək açıqlamalar Rusiyanın nə dərəcədə ciddi dəstək göstərdiyini ortaya qoyacaq. Onun fikrincə, regionda baş verəcək növbəti proseslər də məhz bu danışıqlardan asılı olacaq.

Deputat vurğulayıb ki, Rusiya paralel olaraq Türkiyə ilə də fəal təmaslar aparır, müxtəlif görüşlər keçirir və regional balansı qorumağa çalışır. Bu kontekstdə digər regional aktorların da mövqeyi diqqətlə izlənilir.

Onun sözlərinə görə, İran hazırkı mərhələdə bir neçə məsələni bir-birindən ayıraraq diplomatik manevr edir. Belə ki, Tehran Hörmüz boğazı ilə bağlı vəziyyəti ayrıca, nüvə zənginləşdirilməsi məsələsini isə ayrıca müzakirə predmetinə çevirir. Bu yanaşma İranın danışıqlarda mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.

Deputat əlavə edib ki, ABŞ-ın bu təkliflərə necə reaksiya verəcəyi hələlik qeyri-müəyyəndir. Onun fikrincə, əgər Vaşinqton İranın təkliflərini qəbul edərsə, bu halda müharibənin başlanma səbəbləri ilə bağlı suallar daha da aktuallaşa bilər.

Tural Gəncəliyev hesab edir ki, mövcud vəziyyətdə həm hərbi, həm də diplomatik proseslər paralel şəkildə davam edir və yaxın günlərdə tərəflərin mövqeləri daha da konkretləşəcək.


Sizin reklam burada
Sizin reklam burada