İrandan ABŞ-a sərt ittiham - "Öhdəliklərə əməl etmir"

İrandan ABŞ-a sərt ittiham - "Öhdəliklərə əməl etmir"
10:55

İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir sıra müşahidə və nəzarət obyektlərinə endirdiyi hava zərbələrini sərt şəkildə qınayıb.

News365.az-ın məlumatına görə, nazirliyin bəyanatında bildirilir ki, hücumlar BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılması ilə bağlı memorandumun kobud şəkildə pozulmasıdır. Rəsmi Tehran Vaşinqtonu üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edərək, ABŞ-ın beynəlxalq öhdəliklərinə etibar göstərmədiyini vurğulayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, ölkənin suverenliyini və ərazi bütövlüyünü hədəf alan istənilən hərbi təcavüzə qarşı özünümüdafiə hüququna malikdir.


Sizin reklam burada
Sizin reklam burada