DSX 2 Əlcəzair vətəndaşını saxladı

DSX 2 Əlcəzair vətəndaşını saxladı
13:35

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə News365.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    "DSX Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir", - DSX-dən bildirilib.


    Sizin reklam burada
    Sizin reklam burada