Naxçıvan. Azərbaycanın ən qayım qədim yurdu. Tarixin yaddaşında izi, Azərbaycanın xəritəsində isə xüsusi yeri olan torpaq. Bu gün Naxçıvan təkcə ölkənin bir parçası, ayrılmaz hissəsi deyil, həm də regionda yeni nəqliyyat və iqtisadi imkanların kəsişdiyi mühüm məkan kimi diqqətdədi.
Prezident İlham Əliyevin Naxçıvana səfəri yenidən nəzərləri bu məkana çəkdi. Naxçıvanın haralardan hara gəldyini müqayisəli şəkildə görmək imkanı oldu.

Bir zamanlar blokadada olmuş Naxçıvanın o çətinliklərə sinə gərməsi, prezident İlham əliyevin düşünülmüş təmkinli və çevik siyasəti nəticəsində blokadadan çıxması uzaq deyil ən yeni tariximizin gerçəyidi.. Bu günün də öz gerçəyi var. İndi günbəgün dəyişən , inkişaf edən, müasirləşən bu yurdumuz təkcə mənzərəsi ilə deyil, yerləşdiyi coğrafi mövqeyi ilə də cəbedicidi. Necə deyərlər xəritədə o bu gün kiçik görünə bilər , amma yerləşdyi coğrafiya onu böyük siyasi və strateji məkana çevirir.
Dövlət başçının Naxçıvan səfərinə gəlincə isə,onu xususi vurğulamağa ehtiyac var ki, bu sıradan bir səfər deyil. Bu səfər həm Naxçıvanın siyasi, iqtisadi həyatındakı roluna, həm də bölgədə dəyişən geosiyasi reallıqlara verilən önəmin göstəricisidi. Elə ölkə liderinin səfəri zamanı səsləndirilən mesajlar da məhz bu reallıqlara söykənir. Reallıq budur. Naxçıvanın inkişafı,, onun ölkənin əsas iqtisadi və nəqliyyat məkanına daha sıx inteqrasiyası Azərbaycanın gələcəyə hesablanmış strategiyasının mühüm istiqamətlərindəndi.

Naxçıvan bu gün yeni imkanlar astanasındadı. Tarixin sınaqlarından keçən bu qədim diyar indi gələcəyin yollarına baxır. Azərbaycan liderinin Naxçıvan səfəri də bunu bir daha isbatlayır.Belə görünür ki, Nəqşicahan Azərbaycanın tarixinin yadigarı olmaqla yanaşı , gələcəyinin də mühüm ünvanlarından biridi və və bu əbədi belə olacaq.
Bəturə Nəbiyeva, News365.az