İranda hakimiyyət daxilində gizli güc mübarizəsi ehtimalları var

İranda hakimiyyət daxilində gizli güc mübarizəsi ehtimalları var
09:55

İranda hakimiyyət daxilində müəyyən qarşıdurmalar və gizli güc mübarizəsi ehtimalları müzakirə olunur.

Bu barədə politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda İranda baş verən proseslərlə bağlı dəqiq və təsdiqlənmiş məlumatlar azdır, daha çox ehtimallar və kəşfiyyat məlumatları üzərində qurulan yanaşmalar mövcuddur. Politoloq qeyd edib ki, ölkə daxilində idarəetmə ilə bağlı müəyyən problemlərin olduğu da istisna edilmir.

Əli Mustafa vurğulayıb ki, son hadisələr fonunda bəzi daxili narazılıqlar və müzakirələrin aparıldığı ehtimal olunur. Bununla belə, rəsmi səviyyədə bəzi fiqurların parlamentdə müdafiə olunması onların arxasında müəyyən siyasi güclərin dayandığını göstərir.

Ekspertin fikrincə, İranın idarəetmə sistemi digər ölkələrdən fərqli olaraq daha mürəkkəb və qapalı xarakter daşıyır. O bildirib ki, ölkədə formal seçki mexanizmləri mövcud olsa da, ali hakimiyyət strukturlarının necə formalaşdığı tam şəffaf deyil.

Politoloq əlavə edib ki, bu xüsusiyyət İranı “əsrarəngiz” idarəetmə modelinə malik dövlət kimi xarakterizə etməyə əsas verir. Onun sözlərinə görə, hakimiyyət daxilində görünməyən təsir mərkəzlərinin mövcudluğu ehtimalı da istisna edilmir.

Əli Mustafa hesab edir ki, son hadisələr bir daha göstərir ki, İran məsələsi olduqca mürəkkəbdir və regionda baş verən proseslərə ciddi təsir göstərir. Onun fikrincə, ölkə daxilində idarəetmənin daha çox sərt və mərkəzləşdirilmiş formaya doğru inkişaf etdiyi müşahidə olunur.


Sizin reklam burada
Sizin reklam burada