Azərbaycan öz mövqeyindən dönməyəcək - AÇIQLAMA

Azərbaycan öz mövqeyindən dönməyəcək - AÇIQLAMA
18 Sen 2024 11:29

“Ermənilər və onların himayədarları: ABŞ, Fransa, Avropa Birliyi rəhbərliyinin istəyi sülh müqaviləsi adı altında tələsik formada hansısa bir sənədin imzalanmasıdır.”

Bu sözləri News365.az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib.



“Bildiyimiz kimi, BMT Baş Assambleyası Nyu-Yorkda görüş keçirəcək, orada isə Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərləri iştirak edəcək. Blinken fürsətdən istifadə edərək, onların olduğu bir görüşə, bir ehtimal isə hansısa bir sənədin imzalanmasına nail olmaq istəyir. Bunu həm seçki öncəsi təbliğatında bir uğur kimi təqdim etmək, həm də ermənilərə sülh müqaviləsinin əldə edilməsi ilə bağlı yardımçı çıxış etmək istəyir.

Cənab prezident İlham Əliyev tərəfindən rəsmi məlumat verilib ki, konstitusiyada müəyyən dəyişikliklər vacibdir. İkincisi isə ATƏT-in MİNSK qrupunun buraxılması ilə bağlı olan müraciətdir.

Blinkenin istəklərindən asılı olmayaraq Azərbaycan öz prinsipal mövqeyini dəyişməyəcək.” – deyə açıqlamasında bildirib. 


Youtube kanalımız

Oxşar xəbərlər