İlham Əliyev CAR Prezidentini təbrik etdi

İlham Əliyev CAR Prezidentini təbrik etdi
11:25

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı ölkənin milli bayramı olan Azadlıq Günü münasibətilə təbrik edib.

News365.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından

səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Sizin reklam burada
Sizin reklam burada