Şadlıq sarayında dəyişiklik: Adı yeniləndi

Şadlıq sarayında dəyişiklik: Adı yeniləndi
15:00

Paytaxtın Binəqədi rayonunda yerləşən məşhur “Yeganə” şadlıq sarayının adı dəyişib.

News365.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, uzun illərdən bəri sakinlərin yaddaşında coğrafi istinad nöqtəsi və istiqamətverici rol oynayan bu iaşə müəssisəsi artıq “Valmora Deluxe Hall” adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, “Yeganə” şadlıq sarayı 2019-cu ildən “Yeganə Palace” MMC kimi dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Şahin Səfərov olub. Hazırda bu MMC passiv vergi ödəyicisidir.

1781171361343 gj2o4v0mcg


Sizin reklam burada
Sizin reklam burada