Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana gübrə və antrasit daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
News365.az xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.