Sosial şəbəkələrdə keçmiş müğənni, hazırda iş qadını kimi tanınan Ruhi Əliyeva (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) ilə bağlı yayılan yazılara Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanovun verdiyi sərt reaksiya gündəmə gəlib.
News365.az xəbər verir ki, məsələ ilə bağlı 32gun.az məlumat yayıb.
Bildirilir ki, Cəlal Qurbanov sosial şəbəkədə yazılan bir statusa şərh bildirərək, ad çəkməsə də, eyhamlarla Ruhi Əliyevanın keçmiş fəaliyyəti və müxtəlif çıxışlarına münasibət bildirib.
Onun şərhində istifadə etdiyi ifadələr sosial mediada geniş müzakirə doğurub. C.Qurbanov yazısında həmçinin qarşı tərəfin onun ünvanına qarayaxma kampaniyası apardığını iddia edib.
O, atası mərhum Hacı Cavanşirin xəstəlik dövründə və vəfatından əvvəlki illərdə özü və ailəsi haqqında sifarişli yazıların yayıldığını, bunun isə onun üçün ciddi mənəvi yük yaratdığını bildirib.
Cəlal Qurbanov həmçinin qeyd edib ki, şəhid ailələri ilə bağlı layihələrdə iştirakı şəxsi vəzifə və ya siyasi məqsəd daşımır, bunun yalnız mənəvi borc olduğunu vurğulayıb.
O, uzun illərdir davam edən böhtan xarakterli yazılarla bağlı məhkəmə mübarizəsi apardığını deyərək, Azərbaycan məhkəmələrinə və hüquqşünaslarına inamını ifadə edib.
C.Qurbanov yazısının sonunda isə Ruhi Əliyevanın keçmiş fəaliyyəti və bəzi açıqlamalarına istinad edərək müxtəlif suallar səsləndirib və bu məsələlərin ictimai müzakirəyə ehtiyac duyduğunu bildirib.