Ermənistan ordusunun zabiti təlim zamanı öldü

Ermənistan ordusunun zabiti təlim zamanı öldü
11 İyn 2026 16:06

Ermənistanda ordunun zabitinin həlak olması ilə əlaqədar cinayət işi açılıb.

News365.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Hazırda hadisənin təfərrüatının araşdırıldığı qeyd olunur. İlkin ehtimallara əsasən, ölüm hadisəsi "Baqramyan" poliqonunda keçirilən tank təlimləri vaxtı qeydə alınıb. Ermənistan Müdafiə Nazirliyi baş verənlərlə bağlı açıqlama verməyib.



Sizin reklam burada
Sizin reklam burada