İki neft tankeri partladı

İki neft tankeri partladı
21 İyl 2026 09:38

Hörmüz boğazında iki neft tankerində partlayış olub.

News365.az xəbər verir ki, bu barədə “Tasnim” İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, tankerlər Hörmüz boğazının cənub hissəsində təhlükəli hesab edilən marşrutla hərəkət edərkən partlayış baş verib və yanğın başlayıb.

“Bir damla neft və qazın belə təhlükəsiz şəkildə keçməsinə icazə verilməyəcək”, - açıqlamada qeyd edilir.


Sizin reklam burada
Sizin reklam burada