İdarə olunan gərginlik

İdarə olunan gərginlik
09:25

“Ötən ayın 16-da ABŞ-İran razılaşması əldə edilmiş zaman yazmışdım ki, bu proses bir çox münasibətlərində normallaşacağı təəssürat yaratsa da, vəziyyət tam fərqlidir. Bu gün baş verənlər həmin araşdırmanın özünü doğrultduğunu göstərir”.

Bu fikri iqtisadçı Eldəniz Əmirov deyib.

O, əlavə edib ki, həmin yazıda qeyd etmişdim ki, ABŞ və İran arasında əldə olunacaq razılaşma bir çox münasibətlərdə normallaşacaq təəssürat yaratsa da, plan daha çox mürəkkəbdir:

“Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqram, sistemlər, regional təsir mübarizə və İsrail amili olduğu kimi qalır... Bu yaxın dövr üçün ən real gərginlik yox, idarə olunan gərginlikdir.

Düşünürəm ki, bu da hələ prosesin sonu deyil. Əsas risklər qarşıdadır. Xüsusilə ilin sonuna doğru, noyabrın sonu-dekabr aylarında hərbi aktivliyin daha da artması və daha sərt qarşıdurmaların baş verməsi ehtimalı yüksəkdir.

Məhz bu geosiyasi risklər neft qiymətlərinin qarşısının alınması üçün imkan verən amillərdən biridir. Qlobal bazarlar da bunu hiss edib ucbatından nisbi sabitlik dönəminə rəğmən neft qiymətlərində ciddi eniş olmurdu. Odur ki, qarşıdakı aylarda da neft qiymətlərinin daha da yüksəlməsi real ssenaridir”

News365.az


Sizin reklam burada
Sizin reklam burada