“Hindistanın ŞƏT-də Azərbaycanın üzvlüyünü bloklaması özünə zərbədir” - Aydın Mirzəzadə

“Hindistanın ŞƏT-də Azərbaycanın üzvlüyünü bloklaması özünə zərbədir” - Aydın Mirzəzadə
02 Sen 2025 15:53

“Hindistanın ŞƏT-də Azərbaycanın üzvlüyünü bloklaması özünə zərbədir”

Milli Məclisin deputatı Aydın Mirzəzadə News365.az-a açıqlamasında bildirib ki, Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətinə qarşı çıxması ŞƏT-in prinsiplərinə ziddir. Deputatın sözlərinə görə, təşkilat əməkdaşlıq və qarşılıqlı münasibətlərin qurulması üçün yaradılıb, lakin Hindistan bu addımı ilə tərəfkeşlik nümayiş etdirərək Azərbaycana qarşı haqsız mövqe sərgiləyir.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan uzun illərdir Pakistanla dost və qardaşlıq əlaqələrini qoruyub saxlayır və beynəlxalq təşkilatlardakı hər hansı addım bu münasibətlərə təsir edə bilməz. “Azərbaycanın ŞƏT-ə üzvlüyü təşkilatın nüfuzunu artıracaq və bölgədə stabilliyin möhkəmlənməsinə xidmət edəcək. İtirən tərəf isə Hindistandır”, – deyə deputat qeyd edib.

O əlavə edib ki, Hindistanın rəsmi mövqeyinə baxmayaraq, ölkənin sadə vətəndaşları Azərbaycana müsbət münasibət göstərir. Son illərdə Hindistandan Azərbaycana turist axını bunun əyani sübutudur. Deputatın fikrincə, Azərbaycan səmimi əməkdaşlığa açıq olduğunu göstərib və bundan sonra da bu siyasətini davam etdirəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada