Həzmsizlik və şişkinliyə qarşı sumaq suyu məsləhətlidir - mütəxəssisdən xəbərdarlıq

Həzmsizlik və şişkinliyə qarşı  sumaq suyu məsləhətlidir - mütəxəssisdən xəbərdarlıq
14:04

Sumaq həm mətbəxdə ədviyyat kimi istifadə olunur, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. Antioksidantlarla zəngin olan bu bitki bədəndə iltihabi proseslərin azalmasına kömək etdiyi üçün təbii dəstək vasitəsi kimi qiymətləndirilir.

News365.az-ın məlumatına görə, sumaq suyu həzm sistemi ilə bağlı narahatlıqları, xüsusilə şişkinlik və həzmsizlik kimi problemləri yüngülləşdirə bilər.

Eyni zamanda orqanizmdə “gizli” iltihabların azalmasına dəstək verdiyi bildirilir.

Mütəmadi istifadə zamanı bədənin ümumi müqavimətinin artmasına və infeksiyalara qarşı daha dayanıqlı olmasına müsbət təsir göstərdiyi qeyd olunur. Bəzi mütəxəssislər isə sumaq suyunun qan şəkərinin tənzimlənməsində də köməkçi ola biləcəyini bildirirlər.

Sumaq suyunun hazırlanması isə olduqca sadədir. Bir çay qaşığı sumaq bir stəkan ilıq suya əlavə edilir və qarışdırılır. Qarışım 5–10 dəqiqə dəmləndikdən sonra süzülərək içilir. İstəyə görə dad və faydanı artırmaq üçün bir neçə damcı limon da əlavə oluna bilər.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, təbii vasitələrdən istifadə zamanı ehtiyatlı olmaq vacibdir. Xüsusilə xroniki xəstəliyi olan və daimi dərman qəbul edən şəxslərin sumaq suyunu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada