Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi

Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi
13:35

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın danışıqlar qrupunun nümayəndələri ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən TRT Haber məlumat yayıb.
 

Tərəflər Vaşinqtonla Tehran arasında aparılan danışıqların hazırkı vəziyyətini müzakirə ediblər. Danışıq zamanı regiondakı son proseslər və diplomatik təmasların davam etdirilməsi imkanlarının da nəzərdən keçirildiyi bildirilir.


Qeyd edək ki, son günlər İran və ABŞ arasında danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənlik artıb. Tehran dəniz blokadası və təzyiq şəraitində dialoqa getməyəcəyini bəyan edir.


Sizin reklam burada
Sizin reklam burada