Avdı Qoşqar səksəninci illərdə ədəbiyyata gəlib. O, ilk şeirlərindən ədəbi cameənin baxışını özünə cəlb edə bilib.
Şeirdə, sənətdə öz yolunu, öz izini yaradanlardandır Avdı Qoşqar. “İlahi pıçıltılar” isə şairin oxucularla onuncu görüşüdür. Şeirlərindəki dərin ictimai-fəlsəfi məna özünün həyata, sənətə baxışından su içir.
Kitabdakı şeirlər bir neçə başlıq altında verilir:
- Baxışlar, nəzərlər dikilib göyə...
- Qana bulaşırıq yaşamaq üçün...
- Qaydasız oyunlar...
- Sökün bütün divarları...
- Məni yaşadığım mühit anlamaz...
Və başqa adlar, ünvanlar altında toplanan şeirlərdə şairin daxili dünyası haqsızlığa, ədalətsizliyə etirazı alovlanır. Və bu qəzəbi şeirin, sözün bədii ölçü və biçiminə çox ustalıqla oturdur.
Baxışlar, nəzərlər dikilib göyə,
Qalıb ətəyi boş, əli boş niyə?
Zorun tərəfində durursan deyə,
Dağılır kaşanə, çökür ev, Allah...
Şair cəmiyyətdəki bütün əyər-əskikliyin göydən, ucalıqdan gəldiyini israrla əsaslandırmağa çalışır.
Allahsız uşağı allahsız,
Bu ağaca necə qıyır əliniz?
Neçə keçirirsiniz şah damarını,
Neçə keçirirsiniz şövq-vüqarını?
Canıyla əlləşir torpaqla, suyla –
Torpağın altında gücü böyüyür.
Yatır dədə-baba yuxularıyla,
Yatır, yata-yata suçu böyüyür.
Demək, dədə-baba yuxularıyla yatdığına görə kəsilən ağac özü də günahkardır... Budur şairin qənaəti.
Kitaba ön
sözdə şair yazır;
" Ədəbiyyata
gəlişimə görə sənətə qulluq göstərən bir çox ədəbiyyat adamının işıqlı simasına
minnətdaram . Bu sırada başda ədəbiyyat cəfakeşi Əkrəm Əylisli dayanır. Ona qədər
müəyyən uğurlarim olub .
" Ədəbiyyat və İncəsənət " qəzetində ilk şeirimi şobə
müdiri Tofiq Bayram çap eləyib . " Çili , Santyaqo " adlanırdi şeir .
Heç bir mətbuata vermədim onu.
Misralar
yadımdadi .
Çili göylərində
sürunür gecə.
Sürünür zəhərli
bir ilan kimi ...
Sonra yenə həmin
qəzetdə Hüseyn Arifin təqdimatıyla üç - dörd şeirim çap olundu. Bunlar elə -
belə ötəri mehiydi .
Ədəbi mühitdə
məni tanıdan böyük təqdimat Əkrəm Əylislinin " Azərbaycan " jurnalı
oldu. Bütun şeir ruhum orda çap olunan on - on beş şeirdə görünürdü . O vaxt mən
heç minnətdarlıq etmə qaydalarını bilmirdim . Elə bilirdim borcudur eləməlidi .
Heç onu Əkrəm bəy gözləmirdi də .
Bir neçə il
baş redaktor olduğu zamanda ədəbiyyatın yönünu dəyişdi Əkrəm Əylisli. Çox
maraqlı imzalara yol açdı .
Vasif
Bayatlı, Ramiz Rövşən, Eldar Baxış, Dilsuz, Avdı Qoşqar...
Onlar hamısı
elə - bükə kişilər idi . Mən isə dördüncü kurs tələbəsi, iyirmi bir yaşında
cavan bir oğlan. Kölgəmi çox qilınclayanlar oldu.Daha çox da özümüzunkülər...
İsmayıl
Şıxlı təpədən dırnağa da şəxsiyyət idi . O böyük söz adamının mənəvi dəstəyini
daim çiyinlərimdə hiss eləmişəm və eləməkdəyəm . Bu cür ulu söz adamlarınnan
xeyir - dua alan yaradıci insan onların yol ərkanına sadiq qalmalı, sarsılmaz
davamçıya çevrilməlidir” .
Odur ki, şair ağır mövzulara girir, cəmiyyəti
narahat eləyən məqamları önə çəkir.
Şerinin
birinin adı belədi ."Qana bulaşırıq yaşamaq üçün” .
Ömür
yaşayırıq günah içində ,
Qapımız qəzaya
- qədərə açıq .
Ölən sevgilərin
kölgələriyik,
Kölgə də tərs
kimi axşamnan qaçır.
Bir çox mətləblərə
işıq salır şair . Yəni günah içində yaşayırıq ömrü . Qapımız hər an qəzaya - qədərə
açıqdı . Sevgi oldürmək də bir canıq . Odur ki , kolgəmiz də bizdən qaçır.
Bütün cəmiyyət yerləşib bu dörd misranın içinə...
Budur bədii
parça, budur ədəbi düşüncə. Cəmiyyətdən kənarda söz, fikir olmur. Hər şey kül
halında bir çevrənin içindədi. Şairin böyüklüyü o məqamları tuta bilməkdi.
Şairin bütün şeirlərində bu detallar zərgər dəqiqliyilə canlanır .
Heç bir şey
olduğu kimi görünmür,
Hər şeyin
altında-
bir alt qatı
var,
bir az da dərində
" Gizli
çatı " var -
Heç bir şey
olduğu kimi görünmür ...
Bütün bu
görünməzliklər içində " görünəni " canlandırmaq , sözün həqiqi mənasında
şairdən istedad tələb eləyir. Bu təkcə istedadla bitmir, eyni zamanda geniş dünyagörüş, həyatın dərin qatlarına
nüfuz eləmək qabiliyyəti də tələb olunur. Görünəni oxucu
onsuz da bütün çalarıyla açıq, aydın görür, öz səviyyəsində dərk eləyir. Şair
görunməzin dərinliyinə varmağı
bacarmalıdır ki, oxucuya bir şey göstərə bilsin. Avdı Qoşqarin şeirlərində bu məqam hər an diridi, durudu ,
yaddaqalandı.
Avdı
Qoşqarın kitaba yazdığı ön sözüylə fikrimi və yazımı tamamlayıram.
"Söz, şeir mənim iç dünyamdı. Olub qalanımdı. Onsuz mən bir heçəm, yoxam. Yolun torpağıyam, dağın xırda çınqıl daşıyam, düzlərin otuyam, agacın yarpağıyam. Oxucu zövqü mənim üçün əsasdır . Əlbəttə səviyyəli oxucudan söhbət gedir ..."

Surxay Atakişiyev