Azərbaycanın
ən böyük nəqliyyat şirkəti “Bakubusdur”. Milyon manatlarla dövriyyəsi olan bu
şirkət maraqlıdır ki, hər il dövlətdən külli miqdarda dotasiya alır. Rəsmi məlumata
görə “BakuBus” ötən 2025-ci ildə büdcədən
100 milyon manat dotasiya alıb - Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin
qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və
Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə
(Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası
daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji
standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon
manat ayrılıb.
Bu qədər
dotasiya müqabilində şirkət niyə ziyanla işləyir?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, qaraj tikintisi,
avtobusların alınması – bunları anladım, 49 mln. 300 min manat bu işlərə xərclənib,
yəni, maddi texniki bazanın yaradılmasına ayrıca pul alırlar:
“Sərnişindaşımaya
görə 50 mln. 700 min manat dotasiya ödənilib. Rəsmi rəqəmlərə görə “BakuBus” hər
gün 557 min sərnişin daşıyır. Məsafədən asılı olaraq qiymətlər 0.60, 0.70, 0.80
manat və maksimum 1.30 manatdır, bir tək hava Limanına 1 manat 50 qəpik öəniş
edilir. Ortalama 65 qəpikdən götürsək, günə 362 min, aya 10 mln. 861 min, ilə
130 mln. manat dövriyyəsi olur. Yəni, “BakuBus” öz dövriyyəsinin 40%-ə yaxınını
büdcədən, yəni, bizim ödədiyimiz vergidən dotasiya alır.
"BakuBus"
MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxardır.
Ortalama 300 avtobus götürək, hər avtobus günə 1200 manat vəsait toplayır, deməli
aya 36200 manat vəsait yığılır. Yaxşı, ayda 36200 manat yığan avtobus niyə
ziyanla işləyir ki, hələ bir dotasiya da alırlar?! Nədir xərcləri, nə qədər xərcləyirlər,
hara xərcləyirlər – bununla bağlı “BakuBus”-un hesabatı varmı? Sürücünün maaşı,
yanacaq (ya elektrik), təmir və s. – bu xərclər ayda nə qədərdir ki, 36200
manat vəsait yığan bir avtobus öz xərclərini ödəyə bilmir?!”
News365.az