Bir çox rus
avtokratları həddindən artıq qəddarlıqları və ya ekstravaqant davranışları ilə
şeytanla müqavilə imzalamış kimi şöhrət qazanıblar. Bu, xüsusilə orta əsrlərdə,
hər kəsin şeytana sahib olmaqda və ya cadugərlikdə şübhələnilə biləcəyi dövrdə
geniş yayılmışdı.
Şər qüvvələrlə ünsiyyət quran rus çarlarının siyahısını təqdim edirik:
IV İvan Qroznı
Qəddarlığına
görə ona Qroznı(dəhşətli) adı verilmişdi. IV İvan hakimiyyətinin ilk yarısını
islahatlara həsr etmişdi. Lakin o zaman rus xalqı onun islahatlarına qarşı
çıxmışdı. Bütün etirazlara baxmayaraq İvan Qroznı bütün hakimiyyəti öz əlində cəmləşdirərək
boyarları arxa plana keçirdi. Daha sonra o, kəndliləri daha da kölələşdirən məhkəmə
və torpaq islahatları həyata keçirdi.
İvan Qroznı
həmişə özünü müxtəlif sehrbazlar, münəccimlər və kimyagərlərlə əhatə edirdi. Hətta
onun “sağ əli” olan holland Elisey Bomelius hər kəs şeytanın şəriki adlandırırdı.
Bomeliusun əsas ehtirası zəhər istehsalı idi və bu işdə o, iksir qəbul edən
qurbanın ölüm gününü və saatını dəqiq təxmin edə biləcək qədər bacarıq
qazanmışdı. Hollandlının digər "güclü" keyfiyyətləri astrologiya və
qara sehrbazlıq bilikləri idi. Elisey sehrlər vasitəsilə təbii fəlakətlərə,
yanğınlara və aclığa səbəb ola biləcəyi ilə öyünürdü. Boyarlar İvan
Vasilyeviçin özündən daha çox "pis sehrbaz Bomeliusdan" qorxurdular.
Boris
Qodunov
Hiyləgər,
ehtiyatlı və çox ağıllı saray adamı olan Qodunov "Tanrının məsh
etdiyini" öldürməkdə şübhəli bilinirdi. Sarayda və xalq arasında IV İvanın
boğulduğu barədə şayiələr gəzirdi. Halbuki son anlarında Qodunov onun yanında olub.
Amma İvanın ölümü bu günə qədər məmma olaraq qalır.
Qeyd edək
ki, İvan Qroznının oğlunun çarlığı dövründə o, faktiki olaraq hökmdar kimi
çıxış edirdi.
Boris
Qodunov sehrbazlara və kimyagərlərə çox güvənirdi və hətta ruh çağırmaqla da məşğul
olurdu. Hətta İngiltərə Kraliçası I Elizabetə məktub yazaraq, Avropada müntəzəm
olaraq cinləri çağırması və kimyagərlik ilə tanınan məşhur Con Dini həbsdən
azad edərək Rusiyaya göndərməsini xahiş etmişdi. Düzdür, ingilis kraliçası Con
Dini azad etmədi. Lakin Mixail Romanovun dövründə onun oğlu Rusiyaya kral həkimi
və kimyagərlik müəllimi kimi gəldi.
Yalançı I
Dmitri
Özünü
"İmperator Dmitri" adlandıran fırıldaqçını əksər ruslar tərəfindən bəyənilmirdi.
Onun kral taxtına əsassız iddiaları, xarici zadəganlarla yaxın əlaqələri, cəmiyyətə
gətirdiyi təfriqə və ən əsası katolikliyə keçməsi - bütün bunlar, pravoslav
rusların fikrincə, pis ruhlarla təmasın əlaməti idi.
Yalançı
Dmitrinin Avropanın ən güclüləri hesab edilən Sami sehrbazları ilə əlaqə
qurduğu barədə şayiələr yayılmışdı. Guya sehrbazlar Dmitriyə ölüləri necə
dirilməyi öyrədibmiş.
Aleksey
Mixayloviç
Çar Aleksey
Mixayloviç Müqəddəs Patriarx Nikona qarşı müharibə aparmaqla fərqlənirdi. O,
Rusiyada kilsənin aliliyini qurmaq istəyirdi. Lakin onun davranışları bu fikrə
şübhələr doğurdu. Çünki Aleksey Mixayloviç heç kilsə ibadətlərinə də qatılmırdı.
Ona görə də
mömin insanlar Çar Alekseyin özünü şeytanla ittifaq quran və hətta onu Dəccal
hesab edirdilər.
I Pyotr
I Pyotr da Dəccal hesab olunurdu. Bunun da bir çox səbəbləri vardı. Məsələn, Çar tabeliyində olanlara saqqallarını qırxmağı və xarici kaftanlar taxmağı əmr edirdi ki, bu da pravoslav rusların nəzərində küfr və bidət kimi qiymətləndirilirdi. Avropaya səyahətindən sonra o, tam saxtakar hesab olunurdu. Bu avtokrat da mərhəməti ilə tanınmırdı və bu da bir çoxlarının onu Şeytanın sirdaşı hesab etməsinə səbəb olurdu. Yeri gəlmişkən, I Pyotr özü də pis ruhlarla əlaqə qurmağa çalışırdı. Əfsanəyə görə, Suxarev Qülləsində müəyyən bir Neptun Cəmiyyətinin gizli görüşləri keçirilirdi, Lefort sədrlik edirdi və I Pyotr onun ilk nəzarətçisi idi. Tarix bu gizli cəmiyyətin mənşəyini və əsl məqsədini bizdən gizlədib. Lakin, orada 12 ruh tərəfindən qorunan və "sonradan divara möhürlənmiş, qızıl boyda mismarlarla bağlanmış" qara kitab saxlanıldığı barədə məşhur şayiələr yayılıb.
News365.az