Mindanaoda dağıdıcı zəlzələ: 45 nəfər həyatını itirdi

Mindanaoda dağıdıcı zəlzələ: 45 nəfər həyatını itirdi
14:00

Filippində baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.

News365.az-ın məlumatına görə, ölkənin cənubunda yerləşən Mindanao adasında qeydə alınan 7,8 bal gücündə yeraltı təkanlar ciddi dağıntılara səbəb olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 45 nəfərə yüksəlib.

Rəsmilər 17 nəfərin taleyinin hələ də naməlum olduğunu bildirirlər. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Zəlzələ nəticəsində yaşayış evlərinə, yollara və digər infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hazırda aidiyyəti qurumlar zərərin miqyasını müəyyənləşdirmək və bölgədə bərpa işlərini həyata keçirmək üçün fəaliyyətlərini davam etdirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada