Yaponiya vətəndaşları Azərbaycana vizasız gələcəklər

Yaponiya vətəndaşları Azərbaycana vizasız gələcəklər
16:27

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarı verib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi arasında keçirilən görüşdən sonra yayılan birgə məlumatda bildirilib.

Məlumata görə, Yaponiya tərəfi turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə qəbul edilən qərarı alqışlayıb.

Tərəflər həmçinin vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdırmaq və insanlararası əlaqələri inkişaf etdirmək istiqamətində əməkdaşlığın davam etdiriləcəyini təsdiqləyiblər.

Qeyd edək ki, qərar Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada