"Sosial media ilə bağlı vəziyyət diqqət mərkəzindədir"- Nazir

"Sosial media ilə bağlı vəziyyət diqqət mərkəzindədir"- Nazir
17:20

"Bu gün uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir. Dövlət olaraq bunu tənzimləməliyik".

News365.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu məsələ tənzimlənməlidir:

"Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik. Bu, qaçılmaz reallıqdır ki, uşaq hansısa dərslik və cəlbedici video kontent arasında qalsa, o video kontentə baxacaq. Növbəti illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsildən daha çox olacaq və bunu məhdudlaşdıra bilmərik".


Sizin reklam burada
Sizin reklam burada