ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlaması ilə diqqət çəkib.
News365.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
O, Vaşinqton və Tehran arasında danışıqlarda müsbət nəticələrin yaxın olduğunu vurğulayaraq, tərəflərin razılığa gələcəyinə ümid etdiyini bildirib.
“İranla sülh sazişinin çox qısa müddətdə imzalanacağını gözləyirəm”, – deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, Tramp son həftələrdə ABŞ və İsrailin İran ətrafında həyata keçirdiyi hərbi addımlar fonunda mümkün razılaşma ilə bağlı dəfələrlə oxşar bəyanatlar səsləndirib.
News365.az