Gürcüstan-Rusiya sərhədində 4,2 bal gücündə zəlzələ olub

Gürcüstan-Rusiya sərhədində 4,2 bal gücündə zəlzələ olub
20 İyl 2025 20:03

İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.

Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada