Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
27 Okt 2025 18:20

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. 

News365.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.

Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.


Sizin reklam burada
Sizin reklam burada