Ərdoğan Qurbanqulu ilə görüşüb

Ərdoğan Qurbanqulu ilə görüşüb
11 Dek 2025 23:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfər edib.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan səfər çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Görüşün detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Ərdoğanı Türkmənistan səfərində xanımı Əminə Ərdoğan, xarici işlər naziri, enerji və təbii ehtiyatlar naziri, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri müşayiət edir.


Sizin reklam burada
Sizin reklam burada