Bakıda oğul atasını öldürüb

Bakıda oğul atasını öldürüb
11 Dek 2025 22:20

Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.

News365.az xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.


Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada