Mark Rütte Rusiyanın Ukraynadan sonrakı hədəfini açıqlayıb

Mark Rütte Rusiyanın Ukraynadan sonrakı hədəfini açıqlayıb
11 Dek 2025 23:20

"Rusiyanın növbəti hədəfi NATO ölkələridir".

News365.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.

Onun sözlərinə görə, Rusiya NATO və Ukraynaya münasibətdə daha cəsarətli, düşüncəsiz və amansız davranır:

"Hətta soyuq müharibə dövründə prezident Reyqan şər imperiyasının aqressiv impulsları barədə xəbərdarlıq edirdi. Bu gün isə Prezident Putin yenidən imperiya qurmaqla məşğuldur".

NATO baş katibi əlavə edib ki, Çin Rusiyanın öz aqressiv siyasətini davam etdirməsinə imkan verən xilasedici halqadır, həmçinin Şimali Koreya və İran Moskvaya dəstək göstərirlər.


Sizin reklam burada
Sizin reklam burada