Əliyevlə Pezeşkianın azərbaycanca dialoqu - "BARIŞDINIZ?" + VİDEO

Əliyevlə Pezeşkianın azərbaycanca dialoqu - "BARIŞDINIZ?" + VİDEO
12:32

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər. 

News365.az xəbər verir ki, parad başlamazdan öncə ölkə başçılarının ayaqüstü söhbətində İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan prezident İlham Əliyevlə qısa söhbət edir. 

Hər iki liderin doğma Azərbaycan dilində etdiyi söhbətdə Pezeşkiyan "Barışdınız?" deyə sual verir. Prezident İlham Əliyev isə, "bəli" cavabını verir. 

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb:



Sizin reklam burada
Sizin reklam burada