Əlcəzair sentyabrın 11-də yerli vaxtla saat 00:00-dan etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatda olan bütün mülki və hərbi təyyarələrin ölkəyə giriş və ölkədən çıxışı üçün hava məkanını bağlayacaq.
News365.az xəbər verir ki, bu barədə Əlcəzairin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qərara əsasən, BƏƏ-nin Əlcəzairdəki Houari Bumedyen Beynəlxalq Hava Limanına həyata keçirilən mülki kommersiya uçuşlarına istisna tətbiq olunacaq.
Bu reyslər müvafiq müqavilənin 2026-cı ilin sonunadək qüvvədə olduğu müddətdə davam edəcək.
Qeyd edək ki, sentyabrın 10-da Əlcəzair Xarici İşlər Nazirliyi təxribatçı və düşmənçilik xarakterli hərəkətlərin artmasına cavab olaraq BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəldiyini açıqlayıb.
Nazirlik qərarın ikitərəfli əlaqələri qorumaq üçün bütün vasitələr tükəndikdən sonra qəbul edildiyini bildirib.