Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO
09:15

Dünya çempionatının yaşıl meydanlarında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir.

Qrup mərhələsinin növbəti oyun günündə futbol həvəskarlarını bir-birindən gərgin və baxımlı mübarizələr gözləyir.

H qrupunun ən diqqətçəkən duellərindən birində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azarkeşlərin maraqla gözlədiyi bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə düz saat 20:00-da veriləcək.

Eyni qrupun digər görüşündə Uruqvay və Kabo-Verde milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu matç iyunun 22-də saat 02:00-da start götürəcək.

G qrupundakı mübarizələrə gəlincə, iyunun 21-i gecə saat 23:00-da Belçika və İran yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər, iyunun 22-si saat 05:00-da isə Yeni Zelandiya və Misir millilərinin maraqlı qarşılaşması baş tutacaq.

Dünya çempionatı

II tur

H qrupu

21 iyun

20:00. İspaniya - Səudiyyə Ərəbistanı

22 iyun

02:00. Uruqvay - Kabo-Verde

G qrupu

21 iyun

23:00. Belçika - İran

22 iyun

05:00. Yeni Zelandiya - Misir.

Xatırladaq ki, futbol üzrə dünya çempionatında Ekvador-Kurasao oyunu keçirilib.



Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçını FIFA referisi çinli Ma Ninq idarə edib.

Oyunda qapılara qol vurulmayıb - 0:0.

Almaniya-Kot-d’İvuar oyunu (E qrupunun II turunun matçı) isə Toronto stadionunda keçirilib.



Oyun Almaniyanın qələbəsi ilə başa çatıb - 2:1. Qarşılaşmanı paraqvaylı FIFA referisi Juan Benites idarə edib.

Bu oyundan sonra Almaniya E qrupunda birinci, Kot-d’İvuar ikinci, Ekvador üçüncü, Kurasao isə dördüncü pillədədir.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada