Savonun son durumu açıqlandı

Savonun son durumu açıqlandı
21:16

“Qarabağ”ın zədəli futbolçusu Zakaria Savonun son durumu açıqlanıb.

News365.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir.

Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnib.


Sizin reklam burada
Sizin reklam burada