Mərkəzi Bank
bu il Azərbaycanda iqtisadi artımın 0,5 %, o cümlədən qeyri-neft-qaz sektoru
üzrə 2,4 % olacağını gözləyir.
May ayının
proqnoz belə idi 2026-cı ildə ölkədə ümumi daxili məhsulun artımı (ÜDM) 1,1%, o
cümlədən qeyri-neft-qaz sektorunda 3,2% - yəni gözlənti pisləşib.
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyib ki, Mərkəzi Bank da dövlət orqanı olaraq ölkədə iqtisadi aktivliyin
azaldığını görür, bilir ki, hökumətin iqtisadi problemlərə yanaşması
iqtisadiyyatın çarxlarını yavaşladır:
“Amma MB ın
mandatına iqtisadi aktivliyi yüksəltmək daxil deyil, bu hökumətin işidir və MB
diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə
edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?!”
News365.az