Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların dəyərində artım qeydə alınıb.
News365.az xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti 71,28 dollar yüksələrək 4165 ABŞ dollarına çatıb.
Gümüşün qiyməti də bahalaşıb. Belə ki, bir troya unsiya gümüşün dəyəri 1,47 dollar artaraq 61,47 ABŞ dolları təşkil edib.